BDP Van millət vəkili Özdal Üçərlə eks səhiyyə naziri Rəcəb Akdağ Türkiyə Böyük Millət Məclisində (TBMM) yumruq davasına çıxıblar.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, TBMM-də son zamanlar baş verən davalara biri də əlavə olunub.
Daha öncə Üçərin qızını müalicə etmədiyi üçün tərəflər dalaşıb. Elə bugünkü yumruq davası da ordan qaynaqlanıb.
Jurnalistlərə açıqlama verən Ö.Üçər deyib ki, o adam tərbiyəsizdir: "Yanimdan keçərkən məni dalaşmağa təhrik etdi".
.