Türkiyə Avropanı terrordan qoruyur.
Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Avropa Parlamentinin Afrinlə bağlı qətnaməsini şərh edərkən deyib.
Türkiyə baş nazirinin sözlərinə görə, Avropa özü terrorla mücadilə etmək iqtidarında deyil və bacarmır.
Qeyd edək ki , Türkiyə ordusunun Suriyanın şimalında terrorçulara qarşı apardığı "Zeytun budağı" əməliyyatı Avropanı narahat edir.
Türkiyə mətbuatının verdiyi məlumata görə, türk hərbçilərin terrorçulara qarşı geri addım atmasını istəyən Avropa ölkələrinin sırasına son olaraq Lüksemburq da qatılıb.
Lüksemburqun daxili işlər naziri Jan Asselborn, NATO rəhbəri Stoltenberqə Türkiyə ilə bağlı məktub göndərib.
Nazir məktubda türk əsgərlərin bölgədə irəliləməsindən narahat olduğunu bildirib.
.
