Türkiyə Ali Məhkəməsi korrupsiya qalmaqalının istintaqının qapalı şəraitdə aparılmasına icazə verməyib. Yenizaman.az Reuters-ə istinadən yaydığı xəbərə görə, məhkəmə yeni hökumətin bununla bağlı tələbini rədd edib.
Müvafiq vəsatət dekabrın 21-də, polis bir neçə iri ranqlı məmurun övladlarının korrupsiya qalmaqalına aidiyyəti olması barədə faktları açıqladıqdan sonra qaldırılmışdı.
Belə bir tələb Türkiyə cəmiyyətində narazılıqla qarşılanmış və hökumətin korrupsiya hay-küyünün nəticələrini özü üçün yumşaltmaq cəhdi kimi qiymətləndirilmişdi.
.