Azərbaycan milli valyutasının devalvasiyası haqqında qərarı ölkəyə olan idxalın qiymətinin artması ilə nəticələnəcək. Lakin bu Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrə təsir etməyəcək.Azvision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.
Nazir hesab edir ki, Azərbaycanın bu addımı qaçılmaz idi: "Dünyada neftin qiymətləri sürətli şəkildə aşağı düşür. Azərbaycanın isə azalda bilmədiyi xərcləri var. Bu vəziyyətdən çıxmaq üçün də devalvasiya labüd idi. Hesab edirəm ki, indi ölkə rahat nəfəs alacaq”..
