İŞİD-in əsas anbarları darmadağın edilib
Türkiyə hərbçiləri İraqın şimalında yerləşən ən böyük şəhərlərdən biri olan Mosula daxil olub.
Məlumatda, Mosulun Başika bölgəsinə daxil olan əsgərlərin sayının 1200 civarında olduğu bildirilir. Türk hərbçilərin Mosula girməsindən koalisiya ölkələrinin məlumatlı olduğu bildirilir. Bizimyol.info xəbər verir ki, 3 gün öncə başlayan irəliləyiş, dünən axşam yerli saatla 17:00-da başa çatıb. 25 türk tankının Başika bölgəsinə daxil olduğu bildirilir. Rəsmi məlumatda bildirilir ki, türk əsgəri Başikaya girmədən öncə bölgə bombardman edilib. Nəticədə İŞİD-in əsas hədəfləri darmadağın edilib və 16 İŞİD üzvü məhv edilib.
Qeyd edək ki, Başika Mosul şəhərindən 12 kilometr şimal-şərqində yerləşir.
.
