"Türkiyə ilə Ermənistan birləşməlidir”.
Yenizaman.az saytı türk nəşrlərinə istinadən xəbər verir ki, bu çağırışla Türkiyənin din xadimi Adnan Oktar (daha çox Harun Yəhya kimi tanınır) çıxış edib. Onun "A9" telekanalında aparıcısı olduğu verilişdə Azərbaycan-Türkiyə-Ermənistan münasibətləri ilə bağlı danışılıb.
Adnan Oktar politoloqlardan birinin Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən yazısına münasibət bildirərkən azərbaycanlılarla ermənilərin arasında bir fərq görmədiyini deyib. Bunu da irqçiliyin haram saymağı ilə əsaslandırıb: "Azərbaycan və Türkiyə birləşməzsə, bu bir iztirabdır, fitnədir. Lakin bunun üçün Türkiyə ilə Ermənistan birləşməlidir”.
Yenizaman.az Türkiyədə də birmənalı qarşılanmayan A.Oktarın çıxışının videosunu təqdim edir:
