
Məşhur türk aktrisa Asuman Dabakın dediyinə görə, 20 il ərzində yığdığı pulları qarət ediblər.
Milli.Az AHT-yə istinadən bildirir ki, dünən İstanbulda mətbuat konfransı keçirmiş aktrisanın sözlərinə görə, fırıldaqçı onun pullarına 1,5 il ərzində yiyələnib.
"Aktrisa mənəm, amma "Oskar"ı bu fırıldaqçıya vermək gərəkdir. Öz əllərimlə onun adına bank çekləri yazdım. Daha çox çek istədi, məni hədələdi. Kaş ki, ikinci dəfə ona çek nömrələrimi verməməydim", - aktrisa söyləyib.
.