2016-cı il Türkiyə kurortları üçün yaxşı başlamayıb. Antalyaya gələn turismtlərin sayı kəskin azalıb.
Yenizaman.az Fins.az-a istinadən xəbər verir ki, Antalya Regional Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, yanvar ayında şəhərə cəmi 81 966 nəfər xarici turist gəlib ki, bu da ötən illə müqayisədə 19% azdır.
Qeyd edək ki, Antalyaya gələnlərin 79 686 nəfəri Antalya Hava Limanından 1 280 nəfər isə Qazipaşa Hava Limanı vasitəsilə gəliblər.
Eləcə də bax: «Rus turistləri kimi ziyankar müştərilər yox idi» - TÜRK HOTELLƏRİ
Ümumiyyətlə, yeni turizm ilinə zəif başlayan Türkiyə üçün böhran getdikcə dərinləşir. Belə ki, bəzi ölkələrin kruiz gəmiləri də Türkiyə limanlarına gəlməkdən imtina ediblər.
İki həftə əvvəl ABŞ özünün kruiz gəmilərinin Türkiyə limanlarına gəlməyəcəyini açıqlamışdı. Səbəbi Türkiydəki təhlükəsizliklə bağlı şübhələrin olması idi. Bu gün isə Almaniya öz kruiz gəmilərinin Türkiyəyə gəlməyəcəyini elan edib. Son olaraq «Alman Aida Cruises» şirkəti 2016-cı ildə Türkiyəyə olan bütün turlarını ləğv edib.
Bunun səbəbi Sultan Ahmetdə baş verən terror hadisəsində ölən turistlərin hamısının alman olmasıdır. Qeyd edək ki, «Alman Aida Cruises» Türkiyədən imtina etməsi qardaş ölkənin kurortları üçün yaxşı xəbər deyil. Məsələ bundadır ki, bu şirkət Türkiyəyə təkcə Almaniyadan deyil, Avstriya və İsveçrədən də turist gətirirdi.
.
