Əməkdar artist Tünzalə Ağayeva ona işbirliyi təklif edən müğənni Xəyyam Nisanova cavab verib.

Axşam.az-ın məlumatına görə, X.Nisanov açıqlamarının birində T.Ağayeva ilə konsert vermək istədiyini demişdi.

İfaçı "ATV maqazin onlarla” verilişində bildirib ki, Xəyyamın bu ideyası onun diqqətini çəkib:

"İki ildir bu söhbəti deyir. Xəyyamın çoxdankı arzusudur ki, mənimlə layihə etsin. Deyir, layihəmin prodüseri, rəhbəri ol. Maraqlı ideyadır, mən də yeniliklərə açığam. Etirazım yoxdur, amma bunu daha dəqiq danışmalıyıq. Yaradıcı, insani, texniki şərtlər var. Onları danışıb boşluqları doldurmalıyıq. Aramızda bəzi şeyləri həll edib sonra "hə” deməliyəm. Çünki sabah nəsə olsa, Xəyyam atacaq mənim boynuma ki, Tünzalə edib, mənlik deyil”.

T.Ağayeva X.Nisanovun "Tünzalə xanım şou-biznesimizin Elton Conudur” sözlərinə belə cavab verib:

"Bunu Xəyyam deyib? Sağ olsun, mənə bu adı deyir. Amma mənim adım Tünzalə Ağayevadır, bu mənə bəsdir”.

.