Kanadanın baş naziri Castin Trüdo Fransa prezidenti Emmanuel Makronla qlobal gündəmi müzakirə edib.
Bu barədə Kanada hökuməti başçısının saytı məlumat yayıb.
Qeyd olunur ki, siyasətçilər Ukraynaya dəstək, eləcə də Afrikada təhlükəsizlik təhdidləri, Haiti böhranı və iyulda Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Liderlər qısa və uzunmüddətli perspektivdə Ukraynaya dəstəklərini müzakirə ediblər.
Tərəflər həmçinin Afrikada və dünyanın digər yerlərində təhlükəsizlik və qeyri-sabitliklə mübarizə üçün səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Siyasətçilər Haiti Respublikasında mövcud böhranı müzakirə ediblər. Onlar korrupsiyaya və cinayətkar qrupların maliyyələşdirilməsinə qarşı mübarizədə sanksiyaların vacibliyini vurğulayıblar.
Bundan əlavə, Trüdo və Makron süni intellekt sahəsində birgə işləməyin vacibliyini açıqlayıb.
Həmçinin Fransada davam edən etiraz aksiyaları ilə bağlı çətin vəziyyət müzakirə edilib.
.
