
Rusiyanın "Transneft” şirkəti Bakı-Novorossiysk neft kəmərin reversini arzuolunmaz hesab edir. "APA-Economics” "İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətinin prezidenti Nikolay Tokarev deyib. "Bu, o deməkdir ki, "Rosneft”in nefti Novorossiysk limanından ötüb keçməklə Bakıdakı neft emalı zavodlarına ötürüləcək və orada emal ediləcəkdi. Bunun əvəzində isə azərbaycanlı tərəfdaşlarımız bizə eyni həcmdə nefti Türkiyə ərazisindən keçməklə Ceyhan limanından geri qaytarmalıdır. Belə olduğu halda "Rosneft” Ceyhandan qısa nəqliyyat dəhlizi ilə nefti əldə edə, İtaliyadakı zavodlarına tədarük edə bilərdi”, - deyə N. Tokarev vurğulayıb.
.