ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşün keçirilmə məkanı və tarixi müəyyən olub.

Bu barədə “Axios” portalının müxbiri Barak Ravid adı açıqlanmayan Ukrayna rəsmisinə istinadən “X” sosial şəbəkəsində yazıb. 

Məlumata görə, görüş dekabrın 28-də, Trampın Mar-a-Laqodakı iqamətgahında baş tutacaq.

Xatırladaq ki, 2025-ci il ərzində Tramp və Zelenski Ağ Evdə 2 dəfə görüşüblər. Ağ Evin Oval kabinetində fevralın 28-də baş tutmuş görüş gərgin anlarla yadda qalmışdı. Tərəflər arasında avqustun 18-də keçirilmiş görüşdə isə Avropa liderləri də iştirak etmişdilər.

.