ABŞ prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanında onunla Rusiya prezidenti Vladimir Putin arasında heç bir görüşün planlaşdırılmadığını, lakin tərəflər arasında danışıqların getdiyini bildirib.

Donald Tramp bu haqda Ağ Evdə gündəlik brifinq zamanı danışıb.

"Mən belə düşünmürəm. Amma çox yaxşı söhbətlər aparırıq. Çox yaxşı söhbətlər", - Tramp görüşlər bağlı deyib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Vladimir Putinin mayın ortalarına Yaxın Şərqə planlaşdırılan heç bir səfəri olmadığını deyib.

.