
Ukrayna Prezidenti Volodimir Zelenskinin dərhal Fransaya getməsi onun üçün ən yaxşı variant olacaq.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə "The New York Post" ABŞ Prezidenti Donald Trampın ətrafındakı mənbələrə istinadən məlumat yayıb.
“Zelenski və bütün dünya üçün ən yaxşı variant onun dərhal Fransaya getməsi olacaq”, - mənbə bildirib.
Ağ Evdəki başqa bir mənbə isə qeyd edib ki, ABŞ və Ukrayna arasında münasibətlərin pisləşməsində “onun üçün yeni heç nə yoxdur”.
“Roma Papası kimi mən də kilsələri qadağan edənləri dəstəkləmirəm”, - nəşr Ağ Evin daha bir rəsmisinin Zelenskinin kanonik Ukrayna Pravoslav Kilsəsinə qoyduğu qadağanı nəzərdə tutan sözlərini sitat gətirir.
.