
“Bizim fikirlərimiz tamamilə aydındır. Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil”.
Bunu ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq “FOX News” telekanalının efirində söyləyib.
O, bildirib ki, ölkəsinin bu məsələ ilə bağlı mövqeyi yeni deyil:
“Hələ 2008-ci ildə Rusiyadakı səfirimiz Uilyam Berns o vaxtkı dövlət katibi Kondoliza Raysa Ukraynanın NATO-nun üzvünə çevrilməsinin əlçatmaz məqsəd olduğunu açıqlamışdı”.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin istəyinə zidd olaraq bu ölkənin NATO-nun üzvü olmayacağını bəyan edib.
.