
Ukrayna nizamlanması üçün 2022-ci il İstanbul müqavilələrinin layihələri əsas götürülə bilər.
Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff CNN telekanalında bildirib.
“Ruslar bu münaqişəyə son qoymağa hazır olduqlarını açıq şəkildə bildirdilər. Çox inandırıcı danışıqlar oldu, nəticədə İstanbul protokolu sazişləri hazırlandı. Biz sazişi imzalamağa çox yaxın idik və düşünürəm ki, bu formatdan Ukrayna ilə Rusiya arasında sülhün bağlanması üçün təlimat kimi istifadə edəcəyik. Bu, gözəl gün olacaq" – o, deyib.
.