Estoniyanı Avropa Parlamentində təmsil edən deputat Yaak Madison ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Estoniyanın Mühafizəkar Xalq Partiyasını təmsil edən siyasətçi bildirib ki, D.Tramp son 30 ildə ilk prezidentidir ki, onun rəhbərlik etdiyi dövrdə ABŞ müharibəyə başlamayıb.

“Bundan əlavə, onun rəhbərliyi altında Yaxın Şərq bölgəsində sabitliyin və sülhün təmin olunmasına kömək edən bir sıra sülh sazişləri imzalanıb”, - deyə estoniyalı deputat bildirib.

.