Ağ Evin ABŞ vətəndaşlarının “TikTok”a sahib olan “ByteDance” ilə sövdələşmələrini qadağan etmək qərarına “Facebook”un qurucusu Mark Zukerberqin təsir göstərdiyi ehtimal olunur.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilir ki, Zukerberq ABŞ Prezidenti Donald Trampın 2019-cu ilin oktyabrında Ağ Evdə təşkil etdiyi xüsusi şam yeməyi zamanı Çin texnoloji şirkətlərinin artmasının ABŞ biznesinə təhdid olduğunu deyib.

O, ABŞ rəsmiləri və konqresmenləri ilə söhbət edərkən “TikTok” haqqında danışıb.

Zukerberq həmçinin Corctaun universitetinin tələbələri ilə görüşdə “TikTok”un “Facebook”un ifadə azadlığına dair öhdəliklərini bölüşmədiyini, ABŞ dəyərlərini və texnoloji üstünlüyünü təhdid etdiyini bildirib.

.