ABŞ prezidenti Donald Trampın prezident seçkiləri kampaniyasında mətbuat katibi olan, daha sonra vəzifəsinə Ağ Evin Mətbuatla Əlaqələr Direktoru kimi davam edən Hop Hiks istefa verəcək.
Bu barədə Ağ Evin sözçüsü Sara Sanders məlumat yayıb.
Sözçü bildirib ki, H.Hiksin istefasının Təmsilçilər Məclisinin Kəşfiyyat Komitəsinə verdiyi ifadə ilə heç bir əlaqəsi yoxdur. Hiks komitəyə verdiyi ifadədə ABŞ prezidentinə bəzən kiçik yalanlar söylədiyini etiraf etmişdi.
Qeyd edək ki, 29 yaşlı Hop əvvəllər model olaraq fəaliyyət göstərib. O, D.Trampın ən uzun müddət vəzifədə olan məsləhətçisidir.
ABŞ prezidenti sadiq məsləhətçisi ilə bağlı verdiyi yazılı açıqlamada onun mükəmməl biri olduğunu deyib:
"Son üç ildə möhtəşəm işlər gördü. Zəkalı, düşüncəli və möhtəşəm xarakterlidir. Onun üçün darıxacam. Fərqli fürsətləri dəyərləndirmək istədiyini dedi, mən də anlayışla qarşıladım. Əminəm ki, gələcəkdə yenidən görüşəcəyik”.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
