ABŞ prezidenti Donald Trampın böyük bacısı Merienn Tramp-Berri qardaşını qəddar, prinsipi olmayan və yalançı adlandırıb.

Bu barədə “Washington Post” yazıb.

Belə ki, prezidentin bacısı Meri Trampla danışığı zamanı bu ifadələri işlədib. İfadələr isə Donald Trampın kiçik qardaşı qızı Merinin ailə haqqında kitabında yer alıb.

Hüquqşunas olan prezidentin böyük bacısı federal hakim vəzifəsini icra edib.

“Onun lənətə gəlmiş tvitləri və yalanları, Allahım! Mən çox açıq danışıram, amma bilirsiniz ki, onun daim mövqeyini dəyişməsi, zəif hazırlığı və yalanı. Lənət olsun! Əsas anlayışlara müraciət edir”-deyə, o bildirib.

Merienn Tramoım heç bir kitab oxumadığını da qeyd edib.

.