Ukrayna lideri Volodimir Zelenski çox güman ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü zamanı Alyaskada olacaq.

Bu barədə CNN telekanalı Ağ Evdəki iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrdən biri Trampın hər iki liderlə üçtərəfli sammitə hazır olduğunu bildirib. Bununla belə, Ağ Ev Putinin sorğusu əsasında ikitərəfli görüş hazırlayır.

Eyni zamanda, Zelenskinin Alyaskadakı bəzi görüşlərdə iştirakı da istisna edilmir. Lakin Ukrayna prezidenti ilə istənilən danışıqların yalnız Putinlə Trampın görüşündən sonra baş tutacağı vurğulanır.

Xatırladaq ki, Tramp Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini açıqlamışdı.

.