ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

Trampı və həyat yoldaşı Melaniyanı hava limanında Səudiyyə kralı Selman bin Əbdüləziz Əl Suud qarşılayıb.

Trampın xanımı Melaniyanın müsəlman ölkəsinə hicabla gedib-getməyəcəyi müzakirə olunurdu. Lakin fotolarda Melanyianın müasir dəbdə paltar geyindiyi görünür.

Qeyd edək ki, ABŞ prezidenti Səudiyyə Ərəbistanından sonra gələn həftənin birinci günü İsrailə gedəcək. Daha sonra isə Belçika və İtaliyaya səfər edəcək.







.