ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi sənədlərin qanunsuz saxlanılması ilə bağlı yeni ittihamlar üzrə özünü təqsirli bilməyib.
Bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilir ki, 2022-ci ilin avqustunda Federal Təhlükəsizlik Bürosunun işçiləri Trampın Floridadakı iqamətgahında Ağ Evi tərk etdikdən sonra saxladığı azı 300 məxfi sənəd tapıblar.
Məlumata görə, avqustun 10-da Trampa qarşı üç əlavə maddə üzrə ittiham irəli sürüləcək. İrəli sürülən üç iş üzrə təqsirli bilinəcəyi təqdirdə ABŞ-ın sabiq prezidenti Donald Tramp 561 ilədək həbs cəzasına məhkum oluna bilər.
Siyasətçi dəfələrlə vurğulayıb ki, ittiham olunduğu cinayətlərdə özünü təqsirli bilmir. O, ona qarşı irəli sürülən ittihamları 2024-cü il prezidentlik yarışından kənarlaşdırmaq cəhdi kimi qiymətləndirir.
.
