ABŞ Prezidenti Donald Tramp koronavirusdan müalicə aldığı Uolter Rid Hərbi-Tibbi Mərkəzindən “superman” işarəsi olan köynəkdə çıxmağı planlaşdırıb.

Bu barədə “New York Times” məlumat yayıb.

ABŞ lideri əvvəlcə çıxışdakı insanlara özünü bir qədər zəifləmiş göstərmək istəyib, o daha sonra köynəyinin sinəsini açaraq “superman” işarəsini göstərməyi planlaşdırıb. Lakin D.Tramp bu fikrindən daşınıb.

.