ABŞ Prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülhə nail olduqdan sonra Rusiya lideri Vladimir Putinin ona zəng etdiyini bildirib.
Bunu Tramp jurnalistlər üçün brifinqdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqda danışarkən deyib.
“Putin mənə zəng edib dedi ki, bu, heyrətamizdir. O, bu müharibəni dayandıra bilmədiklərini dedi”, - Tramp qeyd edib.
Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdəki görüşünü xatırladan Tramp məhz bundan sonra sülhə nail olunduğunu vurğulayıb: “Onlar (Azərbaycan və Ermənistan liderləri) Ağ Evdə bir araya gəldilər. Yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar və sülhə nail oldular”.
.
