ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi açıqlamada Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına hücum etdiyinə inanmadığını bildirib.

Yenizaman "Reuters"ə istinadən xəbər verir ki, Putinin iqamətgahına dron hücumu ilə bağlı verilən sualın cavabında Tramp belə bir zərbənin ümumiyyətlə baş verdiyinə inanmadığını deyib.

“Yaxınlıqda həqiqətən nəsə baş verib, amma bunun onunla heç bir əlaqəsi olmayıb”, – ABŞ Prezidenti əlavə edib.

O, həmçinin niyə əvvəlcə Putinə inanaraq Ukraynanı günahlandırdığını izah edib:

“Mən bunu ilk dəfə məhz həmin anda eşitdim. O (red. Putin) dedi ki, onun evi hücuma məruz qalıb. Biz indi bunun baş verdiyinə inanmırıq – ən azı indi, bunu yoxlaya bildikdən sonra. Amma o vaxt biz bunu ümumiyyətlə ilk dəfə eşidirdik”, – Tramp bildirib.

.