
ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin həll ediləcəyinə əmin olduğunu bildirib.
Tramp bu barədə Ağ Evdə Volodimir Zelenski ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Müharibə sona çatacaq. Vladimir Putin bu müharibəni sona çatdırmaq istəyir, məncə, bütün dünya artıq bu müharibədən yorulub və biz onu sona çatdıracağıq", - Tramp deyib.
Prezident əlavə edib ki, özü altı müharibəni sona çatdırıb və bu müharibənin də həll ediləcəyinə əmin olduğunu vurğulayıb:
“Düşünürdüm ki, bəlkə bu, ən asan müharibə olacaq, amma belə deyil. Bu, çətin müharibədir, səbəbləri çoxdur və uzun müddət müzakirə olunacaq. Mən əminəm ki, bunu həll edəcəyik.”
Ukraynaya təhlükəsizlik zəmanətləri veriləcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya müəyyən formada təhlükəsizlik zəmanətləri təqdim olunacaq.
ABŞ lideri bunu Ağ Evdə Zelenski ilə görüşü zamanı deyib.
"Təhlükəsizliyə gəlincə, çox kömək olacaq, çox kömək olacaq. Onlar, ilk müdafiə xəttindədirlər, çünki oradadırlar, amma biz də onlara kömək edəcəyik. Biz bu prosesdə iştirak edəcəyik”, - Tramp vurğulayıb.