
ABŞ məhkəmələrinin miqrantların deportasiyasında prezident administrasiyasına kömək etməkdən imtina etməsi ölkə qurucularının ideyalarına ziddir.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsindəki paylaşımında bildirib.
"Necə ola bilər ki, hakimlər cinayətkarları, o cümlədən qatilləri ölkəmizdən gəldikləri yerə deportasiya etməyə icazə vermirlər? Əgər belə bir şey baş verirsə, o halda tanıdığımız ölkəmizin sonu gəlib. Amerikalılar tamamilə fərqli, cinayətlərlə dolu bir həyata alışmalı olacaqlar. Qurucuların nəzərdə tutduğu bu deyil!" - o yazıb.
.