ABŞ Prezidenti Donald Trump ABŞ Ədliyyə Nazirliyini və Federal Təhqiqatlar Bürosunu (FTB) noyabr ayında keçirilmiş prezident seçkiləri zamanı baş verən saxtakarlıq hadisələrinə göz yummaqda günahlandırıb.

Birləşmiş Ştatlar Prezidenti bu barədə öz “Twitter” hesabında yazıb.

“Ədliyyə Nazirliyi” və FTB 2020-ci ildə keçirilən prezident seçkilərindəki saxtakarlıqlarla bağlı heç bir tədbir görməyib, baxmayaraq ki, təkzibedilməz dəlillər var. Onlar utanmalıdırlar. Tarix bunları unutmayacaq”, - deyə D.Tramp qeyd edib.

D.Tramp həmçinin ABŞ-da keçirilən son seçkiləri ABŞ tarixindəki ən böyük fırıldağı adlandırıb.

.