ABŞ-ın keçmiş prezidenti Donald Tramp pandemiya başlamazdan əvvəl Çin lideri Si Szinpinlə əla münasibətlərə malik olduğunu deyib.

 Tramp bu barədə "Fox"a müsahibəsində danışıb.

Bu bəyanatdan sonra onunla danışan jurnalist Mariya Bartiromo eks prezidentin sözünü “O, qatildir” deyə qışqıraraq kəsib. Tramp jurnalistin sözü ilə razılaşıb.

"Doğrudur, o qatildir, amma mənim onunla əla münasibətim var idi. COVID-19 gələndə bu, başqa bir hekayə oldu", - Tramp qeyd edib.

 

.