ABŞ prezidenti Donald Tramp qaçqınlıq sistemində dəyişikliklərin edilməməsi təqdirində federal hökümətin yenidən bağlandığını görmək istədiyini dilə gətirib.
Prezident bu arzusunu Ağ Evdə təşkil edilən sərhəd təhlükəsizliyi və qaçqınlıq toplantısının ardınca keçirilən mətbuat konfransında etiraf edib.
O bildirib ki, qaçqınlara aid qanunlarda boşluqlar doldurulmasa, federal hökumət heç bir işə yaramayacaq: "Qaçqınlıq sistemini düzəldə bilməsək, hökumətin işinə xitam verək. Ölkəmiz də federal hökuməti bağlamağa pis baxmaz”.
Tramp bu açıqlama ilə federal hökumətin xidmətlərini davam etdirə bilməsi üçün ayrılan müvəqqəti büdcənin vaxtının bitməsinə iki gün qalmış çıxış edib.
Qeyd edək ki, ABŞ Konqresinin federal hökumətin 20-23 yanvar tarixlərində bağlı qalmasına yol açan böhrandan sonra təsdiq etdiyi 4-cü müvəqqəti büdcə 9 fevral etibarilə qüvvədən düşəcək. Dolayısı ilə hökumətin ikinci dəfə bağlanmaması üçün Demokratlar və Respublikaçılar 2 gün ərzində problemləri həll etməyə cəhd göstərməlidirlər.
ABŞ federal hökuməti 320 milyondan çox insana xidmət göstərir.
.
