ABŞ Prezidenti Donald Tramp ölkəsində keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə münasibət bildirib.
Tramp Tvitter hesabı vasitəsilə hər kəsə təşəkkür edib.
"Bu gecə möhtəşəm bir uğur qazanıldı. Hər kəsə təşəkkürlər”, – Tramp bildirib.
Qeyd edək ki, seçkinin nəticəsinə əsasən, Respublikaçılar Partiyası Senatda 100 yerdən 51-ni əldə edib, Nümayəndələr Palatasında isə demokratlar üstünlük qazanıb.
