Respublikaçılar Partiyasından dövlət başçısı postuna namizədliyini irəli sürən ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə sui-qəsd cəhdlərini və qətlləri araşdırmaq üçün müstəqil prezident komissiyası yaratmağı planlaşdırır.

Bu barədə D.Tramp Arizonada keçirilən seçkiqabağı mitinqində deyib.

 

O, keçmiş prezident Con Kennedinin qətli ilə bağlı qalan bütün sənədləri açıqlamaq üçün komissiyaya göstəriş verəcəyini bildirib. D.Tramp, həmçinin Pensilvaniyadakı mitinqdə ona qarşı olan sui-qəsd cəhdini nəzərdə tuturaraq, keçən ay baş verən hücumu hərtərəfli araşdıracaq.

.