ABŞ prezidentliyinə namizəd Donald Tramp bütün “tərəddüd edən” ştatlarda rəqibi Kamala Harrisi qabaqlayır.
Bu barədə “AtlasIntel”in sorğu məlumatlarında göstərilib.
Qeyd olunub ki, Tramp hər ştatda Harrisi ən azı 1 faiz qabaqlayır.
Respublikaçı namizədin ən böyük üstünlüyü Arizona və Nevadadadır.
Eyni zamanda, Amerikanın Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında Tramp öz rəqibini müvafiq olaraq 1,3%, 1,5% və 1,7% qabaqlayır.
Bundan əlavə, Harris öz rəqibindən Corciyada 1,8%, Şimali Karolinada isə 3,6% geridə qalıb.
.