Şah Məhəmməd Rza Pəhləvinin sürgündəki oğlu Şahzadə Rza Pəhləvinin İranda rejim dəyişikliyi olacağı halda hakimiyyətə gəlmək niyyəti barədə fikirləri ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənməyib.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Pəhləvi haqqında müsbət fikirdə olduğunu söyləsə də, İranda siyasi liderlik üçün ölkədəki uyğun şəxsə ehtiyac olduğunu vurğulayıb.
“Biz Pəhləvi barədə çox düşünməmişik. Mənə elə gəlir ki, içəridən kimsə daha uyğun ola bilər. Pəhləvi yaxşı insan kimi görünür, amma hazırda ölkə daxilində populyar olan biri mənə daha uyğun görünür", - deyə ABŞ lideri vurğulayıb.
Tramp onu da əlavə edib ki, İranda hakimiyyət dəyişikliyi üçün düşündükləri şəxslər hücum zamanı ölüb.
.
