50 gün ərzində razılaşma əldə olunmasa, ABŞ Rusiyaya tariflər tətbiq edəcək.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO Baş Katibi Mark Rutte ilə görüşü zamanı deyib.

“Mən Rusiyadan narazıyam. 50 gün ərzində razılaşmasaq, tariflər tətbiq edəcəyik. Ən azı 100%-lik tarif qoyacağıq”, - Tramp bəyan edib.

ABŞ və NATO Ukraynaya silah tədarükü barədə razılığa gəlib

ABŞ və NATO Avropanın hesabına Ukraynaya silah tədarük etmək barədə razılığa gəlib.

Bunu ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Ağ Evdə görüşdə bildirib.

“Bu gün müqavilə bağladıq ki, biz onlara silah göndərəcəyik və onlar bunun üçün pul ödəyəcəklər. ABŞ heç bir ödəniş etməyəcək. Biz onu almırıq, amma biz istehsal edəcəyik və onlar bunun əvəzini ödəyəcəklər”, - o qeyd edib.

.