
Rusiyada ABŞ-ni maraqlandıran çoxsaylı mallar var.
Bunu ABŞ Prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib.
“Biz bəzi iqtisadi inkişaf sövdələşmələri etməyə çalışırıq. İstədiyimiz çox şey var, amma görəcəyik. Bunu həyata keçirmək mümkün olub-olmayacağını bilmirəm, amma bacarsaq bunu etməkdən məmnun olarıq”, - Tramp vurğulayıb.
.