ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Əfqanıstanda Amerika əsgərlərinin çıxarılması deyil, kapitulyasiyası baş verib.

“RİA Novosti” xəbər verir ki, o, bunu Alabama ştatında tərəfdarları ilə görüşdə deyib.

“Biz ordumuzun düşmənə necə təslim olduğunu görürük”, - deyə Tramp bildirib.

Sabiq prezident hazırkı administrasiyanın Əfqanıstanda 83 milyard dollarlıq avadanlıq, hərbi baza və bahalı səfirlik binası qoyduğunu açıqlayıb: “Əfqanıstan cəhənnəmə getdiyi ərəfədə Bayden məzuniyyətə yollandı”.

O, Əfqanıstandakı vəziyyəti “ABŞ tarixində ən böyük hərbi təhqir” adlandırıb: “Milli liderin dəhşətli səriştəsizliyi. Heç bir ölkədə görünməmiş bir şey… Ordunu heç vaxt əvvəlcədən çıxarmazlar, ordu axırda çıxar”.

.