
ABŞ Prezidenti Donald Tramp Dohaya hava zərbəsinin endirilməsini İsrail və ABŞ-ın strateji maraqlarına uyğun hesab etmir.
Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens “One America News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrailin Dohaya hücumu nəticəsində ehtimal ki, HAMAS-dan “bir neçə çox pis adam” məhv edilib.
“Prezident Donald Tramp Dohanın bombalanmasının İsrail və ABŞ-ın maraqlarına uyğun olmadığını düşünür və bunu bəyənmir”, - Vens qeyd edib.
.