
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin də ora səfər edəcəyi təqdirdə Ukrayna ilə bağlı danışıqlar üçün Türkiyəyə gedəcəyi ehtimalının olduğunu deyib.
Bu barədə Tramp jurnalistlərə bildirib.
O qeyd edib ki, Putin onun Ukrayna üçün İstanbulda olmasını istəyir, amma Putinin gəlib-gəlməyəcəyini bilmir:
"Mən orada olmasam, onun (Putinin) orada olacağını bilmirəm. Bilirəm ki, o, mənim orada olmağımı istərdi və bu, bir ehtimaldır”.
.