ABŞ-ın hazırkı prezidenti Donald Tramp noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin "həqiqi" nəticələrini göstərəcəyinə söz verib. 

ABŞ lideri bu barədə “Twitter” hesabında bildirib.

“Təsdiqlənmiş nəticələrin etibarlı şəkildə səhv olduğu halda səsvermənin nəticələrini necə təsdiq edə bilərsiniz? Gerçək rəqəmləri mənim çıxışım zamanı görəcəksiniz, lakin yanvarın 6-da”, Tramp əlavə edib. 

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminin yanvarın 20-də keçirilməsi planlaşdırılıb. Pandemiya səbəbindən mərasimin yığcam formatda keçirilməsi qərara alınıb. İnaqurasiya ilə bağlı paradın onlayn keçiriləcəyi bildirilib.
 

.