ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib.

ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb.

Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi "dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına" malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də "eyni aqibətlə" üzləşəcək.

Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib: "Biz istənilən müharibədə qalib gələ bilərdik, lakin biz siyasi cəhətdən korrektəyə məcbur olduq".

Qeyd edək ki, ABŞ Mühairbə Nazirliyi 1789-1947-ci illərdə mövcud olub, 1947-1949-cu illərdə Ordu Nazirliyi, 1949-cu ildən isə ABŞ Müdafiə Nazirliyi adlandırılıb.

.