
ABŞ Prezidenti Donald Tramp uzunmüddətli Ermənistan-Azərbaycan münaqişəsinin həllində yenidən öz rolunu qeyd edib.
D.Tramp bunu Virciniya ştatının Kuantiko piyada dəniz bazasına yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu münaqişə 36 il davam edib: "Hamı deyirdi ki, bu münaqişə həll olunmayandır. Amma mən onu həll etdim".
Eyni zamanda, o, Ermənistan Baş naziri Nikol Paşinyanı qeyd etməyib: "(...) Azərbaycan dövlət başçısı və o biri oğlan".
.