Tramp Moskvada oteldə gecəni onunla keçirməyi təklif etdi - Məşhur modeldən şok açıqlama

4,477 oxunub

"Miss Macarıstan-2013" titullu model Kata Sarka "Dünya gözəli" müsabiqəsi dönəmində Moskvaya gələn Trampın ona oteldə birlikdə gecə keçirməyi təklif etdiyini etiraf edib.

AzNews.az xairici KİV-ə istinadən xəbər verir ki, model bu məsələni məşhur "Avtomobil karaokesi" şousunun macar versiyasında iştirak edərkən açıb danışmağa başlayıb:

"Mən "Dünya gözəli" müsabiqəsində iştirak edirdim. Müsabiqənin finalı üçün Moskvada idik. Şoudan sonra əyləncə gecəsində mühafizəçilərlə birlikdə bir nəfər mənə yaxınlaşıb kim olduğumu soruşdu. Mən gülərək Macarıstanı təmsil etdiyimi dedim. Daha sonra mənim niyə burda olduğumu soruşdu və vizit kartını mənə verdi. Həmin vizit kartında onun qaldığı otel və otağının nömrəsi, həmçinin telefon nömrəsi qeyd edilmişdi. Bu şəxs Donald Tramp idi.” - Model belə deyib.

Qeyd edək ki, 2013-cü ildə Tramp 8 il idi ki,Melani ilə evli idi və kiçik oğlu Berronu tərbiyə edirdi.

Yenizaman.az

n.az

.
Təqvim