ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Bu barədə Ağ Evin mətbuat katibliyi xəbər yayıb.
Söhbət zamanı Ukraynanın şərqində və Əfqanıstanda vəziyyət müzakirə olunub.
"Liderlər sıx əməkdaşlıq etmək və müxtəlif məsələlərdə fəaliyyətlərinin əlaqələndirilməsi barədə razılığa gəliblər. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ və Almaniya hərbçiləri təhlükəsizliyin təmin edilməsində Əfqanıstan hökumətinə yardım göstərir. Almaniya isə Fransa, Rusiya və Ukrayna ilə birgə Donbasda münaqişənin nizamlanması üzrə "Normand dördlüyü"nün üzvüdür.(APA)
