
ABŞ Prezidenti Donald Tramp maliyyəçi Cefri Epşteyn işi üzrə FTB-yə informatorluq edib.
TASS verdiyi məlumata görə, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson bəyan edib.
Onun sözlərinə görə, Tramp Epşteynlə bağlı şayiələri eşidən kimi onu Mar-a-Laqodakı rezidensiyasından qovub və hüquq-mühafizə orqanlarına məlumat verib:
"O, Epşteyni nifrətlə yad edir. Onunla əlaqəni hələ prezident olmamışdan əvvəl kəsmişdi, çünki özü belə insan deyil", - deyə spiker vurğulayıb.
O əlavə edib ki, Tramp "saxtalaşdırmadan" danışarkən, Epşteynin cinayətlərini deyil, demokratların ona qarşı siyasi hücumlarını nəzərdə tutur.
Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi. Onun dostları arasında siyasətçilər, iş adamları və şou-biznes ulduzları olub.
.