
ABŞ Prezidenti Donald Tramp Fransa dövlət başçısı Emmanuel Makronun Fələstini tanımaq təşəbbüsünə münasibət bildirib.
Donald Tramp Makronun sözlərinin əhəmiyyət daşımadığını vurğulayıb.
“Dediklərinin əhəmiyyəti yoxdur. Onu xoşlayıram, yaxşı oğlandır. Amma bu bəyanatının heç bir çəkisi yoxdur”, - Tramp qeyd edib.
Xatırladaq ki, Emmanuel Makron Fransanın sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.
ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Amerika Birləşmiş Ştatları Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.
.