ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, FTB agentləri onun mülkündə axtarış apararkən həyat yoldaşı Melaniya və azyaşlı oğlunun şəxsi əşyalarını ələ keçiriblər.

Bu barədə ABŞ-ın keçmiş lideri Pensilvaniya ştatında tərəfdarlarının mitinqində çıxışı zamanı danışıb.

“Onlar birinci xanımın şkaflarını və siyirtmələrini qarışdırdılar, hətta mənim 16 yaşlı oğlumun otağını da çirkin bir şəkildə yoxladılar, toxunduqları hər şeyi çox fərqli vəziyyətdə geri qoydular” – Tramp deyib.

.