ABŞ Prezidenti Donald Tramp seçkilərdə rəqibi olacaq Demokratlar partiyasının namizədini tənqid edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

“47 il ərzində siyasətdə olan Co indi danışdıqlarının heç birini həyata keçirə bilməyib. O, heç vaxt dəyişməyəcək, ancaq danışır...”, deyə Birləşmiş Ştatlar prezidenti jurnalistlər qarşısında çıxışında söyləyib.

ABŞ-da prezident seçkiləri noyabrın üçünə təyin edilib.

Seçkilərdə Respublikaçılar partiyasının namizədi Donald Tramp, Demokratlar partiyasının namizədi isə Cozef Baydendir.

.