Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Kaliforniya rəsmilərini Los-Anceles ətrafında ölümcül meşə yanğınları ilə bağlı səriştəsizlikdə ittiham edib.

Tramp bu barədə Sosial platformasında paylaşım edib.

Donald Tramp paylaşımda hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib.

"Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər" - Tramp deyib.

O, əlavə edib ki, minlərlə ecazkar evlər yox olub və çoxları tezliklə məhv olacaq: “Hər yerdə ölüm var. Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Bunlara nə olub?".

.